“Keşlə” 5 futbolçunu sınayır

“Keşlə” 5 futbolçunu sınayır
11-01-2018 / 14:16 FUTBOL
570

Qış təlim-məşq toplanışına Bakıda start götürən “Keşlə” bu gün ilk yoxlama görüşündə qüvvəsini sınayır. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi yeni baş məşqçi Yuri Maksimovun rəhbərliyi altında birinci matçını aşağı liqa təmsilçisi “Qaradağ Lökbatan”a qarşı keçirir.

 

Hazırda davam edən görüşdə ukraynalı mütəxəssis 5 yeni futbolçunu sınaqdan keçirir. Bunlar İdris Musluyev, Herve Tçami, Nemanya Stoyanoviç və Məhəmməd Qurbanovla yanaşı, komandanın sabiq üzvü Ruslan Cəfərovdu. Son klubu “Sabah” olan Cəfərov da digərləri kimi, meydana start heyətində çıxıb.

 

Bundan başqa, bakılılar yenicə heyətə cəlb etdikləri Kamran Ağayevin xidmətindən məhrum qalıblar. Dünənki məşqdə ayağından yüngül xəsarət alan 32 yaşlı qapıçı “Qaradağ Lökbatan”la qarşılaşmanı buraxır. Onun yoxluğunda Maksimov çərçivəni Orxan Sadıqlıya tapşırıb.