“Keşlə” I divizion təmsilçisinə qalib gəldi

“Keşlə” I divizion təmsilçisinə qalib gəldi
11-01-2018 / 15:43 FUTBOL
309

2017/18 mövsümünün ikinci yarısına hazırlaşan “Keşlə” ilk yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi Yuri Maksimovun rəhbərliyi altında ilk sınağına İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda çıxıb.

 

“Keşlə” I divizion təmsilçisi “Qaradağ Lökbatan”la üz-üzə gəlib. Maksimov bu qarşılaşmada baxışda olan futbolçuları da yoxlayıb.

 

Paytaxt klublarının görüşündə hesab ilk yarının sonlarında açılıb. Pərdis Fərcad-Azad 38-ci dəqiqədə “Qaradağ Lökbatan”ı məyus edib. İkinci hissədə Emin Mustafayevin bərabərlik qolu ilə I divizion klubu hesaba tarazlıq gətirsə də, məğlubiyyətdən qaça bilməyib.

 

Fasilədən sonra daha iki qol vuran Keşlənin eyniadlı klubu 3:1 hesablı qələbə qazanıb.

İkinci yarının ortalarında penaltini qola çevirən Əlibəy Məmmədli komandasını hesabda önə çıxarıb. Ardınca isə Məqsəd İsayev fərqi 2 topa çatdırıb.