“Keşlə”nin yeni transferi: Azərbaycanda ancaq “Qarabağ”ı tanıyıram

“Keşlə”nin yeni transferi: Azərbaycanda ancaq “Qarabağ”ı tanıyıram
11-01-2018 / 16:12 FUTBOL
1034

“Bir-birimizi tanımaq üçün bizə hələ vaxt lazımdı. Bunun üçün birlikdə oyunlarda çıxış etməliyik”. Apasport.az saytının məlumatına görə, bunu “Keşlə”nin yeni transferi Pablo Podio deyib.

 

Qış fasiləsində Çexiyanın “Fastav” klubundan transfer edilən argentinalı yarımmüdafiəçi bura ölkəmizə gələnə qədər Azərbaycanda yalnız “Qarabağ”ı tanıdığını söyləyib: “Keşlə”nin adının əvvəllər “İnter” olduğunu bilirəm. Düzdü, heç bir azərbaycanlı futbolçunu tanımırdım. Azərbaycanda ancaq “Qarabağ”ı tanıyıram”.

 

Podio qısa müddətdi kollektivlə birgə olmasına baxmayaraq, yaxşı heyətə malik olduqlarını düşünür. O, hətta “Qarabağ”la belə, rəqabət apara biləcək gücdə olduqlarını vurğulayıb: “Komandada texnikalı futbolçular var. İstər “Qarabağ”, istərsə də, digər rəqiblərə qarşı layiqli mübarizə apara bilərik”.

 

Paytaxt təmsilçisi ilə mövsümün sonuna qədər müqavilə bağlayan yarımmüdafiəçi bunun müddətinin uzadılacağını da istisna etməyib: “Hələ ki, qarşıdakı 6 ayı burda oynayacam. Mövsüm başa çatdıqdan sonra yeni müqavilə məsələsini rəhbərliklə müzakirə edəcəyik. Ola bilsin ki, burda daha uzun müddət qalım. Klub prezidenti ilə bu barədə hələ söhbətimiz olmayıb. Əgər görüşümüz baş tutsa, gələcəklə bağlı müzakirə apara bilərik”.