Antalya toplanışında 30 hakim

Antalya toplanışında 30 hakim
11-01-2018 / 18:06 FUTBOL
143

Yanvarın 20-dən fevralın 3-dək Türkiyənin Antalya şəhərində hakimlər üçün təlim-məşq toplanışı təşkil olunacaq. Apasport.az saytının məlumatına görə, hazırlıq prosesi Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun rəhbərliyi ilə keçiriləcək.

 

Hakim-İnspektorlar Komitəsinin sədri Əli Hüseynovun təlimatçı, Namiq Quliyevin isə məşqçi kimi fəaliyyət göstərəcəyi toplanışda iştirak edəcək hakimlərin siyahısı dəqiqləşib. Toplanışda 15 hakim və 15 köməkçi hakim iştirak edəcək.

 

Antalyaya referilərdən Ağayev Əliyar, Həsənov Rəhim, Paşayev Ömər, Cabbarov Rauf, Həmzəzadə Rəvan, Diniyev Ramil, Məmmədov İnqilab, Məmmədov Orxan, Əsgərov Elvin, İsmayıllı Nicat, Əhmədov Rəşad, Nağıyev Nail, Xəlilov Xəlil, Həsənli Vüqar, Həsənov Etibar yollanacaq.

 

Referi köməkçilərinin heyətində isə Abbasov Yaşar, Zeynalov Zeynal, Hüseynov Namiq, Məmmədov Rza, Əmirəli Akif, Haşımov Mübariz, Ramazanov Rahil, Quliyev Cəmil, Kərimov Elman, Yusifov Cavanşir, Bayramov Vüqar, Abdullayev Elşad, Qənbərov Vüsal, İbrahimov Eyyub, Kərimov Məmmədəli yer alıblar.