“Qalatasaray”ın keçmiş futbolçusu Türkiyəyə qayıtdı

“Qalatasaray”ın keçmiş futbolçusu Türkiyəyə qayıtdı
11-01-2018 / 19:29 FUTBOL
437

Türkiyə millisinin və “Qalatasaray”ın keçmiş futbolçusu Hamit Altıntop karyersını yenidən Türkiyədə davam etdirəcək. Apasport.az saytının məlumatına görə, o, Super Liqa təmsilçisi “Yeni Malatyaspor”la razılığa gəlib.

 

Hələlik müqavilə şərtləri barəsində açıqlama verilməsə də, onun mövsümün sonuna kimi anlaşma imzalayacağı gözlənilir.

 

Son klubu II Bundesliqa təmsilçisi “Darmştdat” olan 35 yaşlı yarımmüdafiəçi karyerası ərzində “Şalke”, “Bavariya” və “Real” kimi klublarda çıxış edib.