Gürcüstan millisinin üzvü Premyer Liqa klubunda baxışdadı

Gürcüstan millisinin üzvü Premyer Liqa klubunda baxışdadı
11-01-2018 / 22:06 FUTBOL
531

Azərbaycan Premyer Liqasının debütantı “Səbail” heyətinə yeni futbolçu dəvət edib. Apasport.az saytının məlumatına görə, gürcü futbolçu Nikolas Apakidze paytaxt klubunda baxışdadı.


O, bu gün keçirilən Birinci Divizion təmsilçisi “Sabah”la yoxlama oyununda da iştirak edib. Matça start heyətində başlayan oyunçunun çıxışı Samir Əliyevin xoşuna gəlsə, komandada qalacaq.

 

Qeyd edək ki, 25 yaşlı futbolçu  Gürcüstanın U-17, U-19 və U-21 yığmalarında da oynasa da, əsas milliyə düşə bilməyib.