Messi ilk "onluq"da

Messi ilk
12-01-2018 / 01:46 FUTBOL
311

İspaniya Kral Kubokunun 1/8 final mərhələsinin cavab oyununda “Barselona” “Selta”nı qəbul edir. Apasport.az saytının məlumatına görə, ilk hissəsi meydan sahiblərinin 4:0 hesablı üztünlüyü ilə keşən oyunda Messi dublla yadda qalıb.

 

Bununla da kubokda vurduğu qolların sayını 46-a yüksəldən argentinalı ulduz bu turnirdə ən çox qol vuran futbolçuların “10-luğ”una düşüb.

 

Hazırda 10-cu pillədə olan Leo ikinci hissəsi davam edən oyunda daha bir neçə dəfə fərqlənməklə yuxarılara doğru irəliləyə bilər.

 

Qeyd edək ki, Kubok oyunlarında vurulan qolların sayında ilk pillədə “Atletik”in əfsanəvi futbolçusu Telmo Sarra qərarlaşıb. Mərhum hücumçu ümumilikdə 81 dəfə fərqlənib.