“Qəbələ”də istədiyim qədər oynamadım” – Endi Hallidey

“Qəbələ”də istədiyim qədər oynamadım” – Endi Hallidey
12-01-2018 / 09:30 FUTBOL
307

“Qəbələ”də gördüyüm münasibətə görə klubun üzvlərinə minnətdaram. Onlar mənə kömək etmək üçün əllərindən gələni əsirgəmədilər”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Qəbələ”nin sabiq futbolçusu Endi Hallidey deyib.

 

“Qırmızı-qaralar”dan ayrılaraq “Reyncers”ə qayıdan şotlandiyalı yarımmüdafiəçi ölkəsinin mətbuatına açıqlama verib.

 

O, “Qəbələ” haqda müsbət fikirlər səsləndirməklə yanaşı, Azərbaycandakı karyerasının istədiyi kimi alınmadığını etiraf edib: “Qəbələ xoş şəhərdi. Klubun öz layihəsi, infrastrukturu var və bunu getdikcə inkişaf etdirir. Sadəcə, ora olmaq istədiyim yer deyildi. Fikrimcə, onlar da bunu ilk vaxtlardan anladılar. Məqsədim yanvarda “Reyncers”ə qayıtmaq idi. Amma peşəkar davranmaq məcburiyyətində idim. Daha çox oyun keçirmək istəyirdim. Lakin vaxt keçdikcə istədiyim qədər oyun praktikası əldə etmədim. Əksər şotlandiyalı gənc futbolçular “Reyncers”də oynamağı arzu edirlər. Bu baxımdan bəxtim gətirib”.

 

Qeyd edək ki, Hallidey “Qəbələ”yə ötən ilin yayında keçmişdi.