Rəşad Sadıqov üçün Türkiyə klubu

Rəşad Sadıqov üçün Türkiyə klubu
12-01-2018 / 09:51 FUTBOL
438

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Antalya toplanışı çərçivəsində daha bir yoldaşlıq görüşü keçirəcək. Apasport.az AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, yığmamız Türkiyənin “Alanyaspor” klubunun U-21 komandası ilə qarşılaşacaq.

 

Yanvarın 16-da baş tutacaq görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Bu, Rəşad Sadıqovun U-21-də ilk matçı olacaq.


Qeyd edək ki, yığmamız yanvarın 21-də və 26-da Albaniyanın, ayın 23-də isə Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığma komandası ilə yoldaşlıq oyunları keçirəcək. Hər 3 qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq