“Zirə”ni sabiq komandasına dəyişdi

“Zirə”ni sabiq komandasına dəyişdi
12-01-2018 / 13:22 FUTBOL
219

Qış fasiləsində “Zirə”dən ayrılan David Manqanın karyerasını hansı klubda davam etdirəcəyi bilinib. Apasport.az saytı xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi İsrailə köçüb.

 

Manqa “Hapoel Aşkelon”la anlaşıb. Bu klub Mərkəzi Afrika Respublikası yığmasının üzvü üçün yad deyil. Belə ki, təcrübəli futbolçu “Zirə”yə məhz bu komandadan keçmişdi.

 

Qeyd edək ki, David Manqa “Zirə”nin heyətində Azərbaycan çempionatında 13 matçda oynayıb.