Ruben Ayrapetyana “Qarabağ” sualı

Ruben Ayrapetyana “Qarabağ” sualı
12-01-2018 / 17:15 FUTBOL
896

Ermənistan Futbol Federasiyasının prezidenti Ruben Ayrapetyan gözlənilməz sualla üzləşib. Apasport.az ru.armeniasputnik.am saytına istinadən xəbər verir ki, erməni futbol funksionerinə Azərbaycan klubu “Qarabağ” haqda sual verilib.

 

Belə ki, bu gün keçirilən mətbuat konfransında jurnalistlərdən biri Ayrapetyana “Qarabağ” Çempionlar Liqasının qrupuna düşməyi bacardığı halda, erməni klubları niyə bunu bacarmırlar” sualını ünvanlayıb. Federasiya rəhbərinin cavabı qısa olub: “Çünki azərbaycanlı biznesmenlər futbolu bizimkilərdən daha çox sevirlər”.

 

Ayrapetyan Ermənistan klublarının yaxın illərdə Çempionlar Liqasının qrup mərhələsinə çıxmaq şansının olmadığını etiraf edib. O, bu uğura imza atmaq üçün böyük maddi qayğının lazım olduğunu bildirib.