İnyesta yeni transfer haqda: Heç kim yerimi almağa gəlməyib

İnyesta yeni transfer haqda: Heç kim yerimi almağa gəlməyib
12-01-2018 / 21:55 FUTBOL
479

“Barselona”nın yarımmüdafiəçisi Andres İnyesta Koutinyonun transferi haqqında açıqlama verib. Apasport.az saytının məlumatına görə, yerli mətbuata danışan futbolçu haqqında danışılanlara aydınlıq gətirib.

 

İnyesta braziliyalı futbolçunun onun heyətdəki yerini alacağından narahat olmadığını deyib: “Heç kim bura mənim yerimi almaq üçün gəlməyib. Koutinyo öz mövqeyində ən yaxşı futbolçulardan biridir və komandanı gücləndirəcək potensialdadır. Filip bura gücümüzə güc qatmaq üçün gəlib”.

 

Qeyd edək ki, bir neçə gün əvvəl 160 milyon avroya “Liverpul”dan “Barselona”ya keçən Filip Koutinyo dünyanın ən bahalı üçüncü oyunçusu olub.