“Olimpiakos” Azərbaycan çempionu ilə görüşə 16 oyunçu sifariş etdi

“Olimpiakos” Azərbaycan çempionu ilə görüşə 16 oyunçu sifariş etdi
13-01-2018 / 10:19 TOP OYUNLARI
238

Kişi voleybolçulardan ibarət “Olimpiakos” klubu heyətini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Yunanıstan təmsilçisi “Çelenc Cup”ın 1/8 final mərhələsinin Azərbaycan çempionu “Lokomotiv”lə ilk matçı üçün 16 oyunçu sifariş edib.

 

Baş məşqçi Pireydə təşkil olunacaq ilk qarşılaşmada aşağıdakı oyunçulara güvənəcək:

 

1. Konstantinos Çristofidelis, 2. İoannis Roumeliotakis, 3. Nikos Zoupani, 4. Mikko Oivanen, 5. Konstantinos Stivaçtis, 6. Georgios Stefanou, 7. Georgios Petreas, 8. Marcus Böme, 9. Theologos-Kristos Daridis, 10. Andreas Andreadis, 11. Fabian Drzizqa, 12. Petros Maνganas, 14. Paraskevas Tselios, 15. Todor Aleksiyev, 16. Sotirios Sinadinos, 18. Jeroen Rauverdink

 

Qeyd edək ki, yanvarın 17-də baş tutacaq matç Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.