“İlk oyundan öncə tam hazır vəziyyətə gələcəm” - “Qəbələ”nin müdafiəçisi

“İlk oyundan öncə tam hazır vəziyyətə gələcəm” - “Qəbələ”nin müdafiəçisi
13-01-2018 / 12:00 FUTBOL
262

Uzun müddətdi zədə üzündən komandadan ayrı düşən “Qəbələ”nin futbolçusu Dion Malone hazırda Antalyada olsa da, kollektivdən ayrı bərpa prosesi keçir. Apasport.az saytının məlumatına görə, 29 yaşlı müdafiəçi “Qəbələ TV”yə müsahibəsində bildirib ki, gündəlik fərdi məşqlərlə kifayətlənir.

 

O, yanvarın 22-sindən isə komanda ilə birgə çalışacağına ümid edir: “8 həftə əvvəl “Neftçi” ilə oyunda zədələndim. Zədədən sonrakı ilk ayda istirahət etdim və sonra bərpa olunmaq üçün məşqlərə başladım. İndi təlim-məşq toplanışındayıq. Fiziki hazırlıq üzrə məşqçi ilə gərgin çalışıram. Bu gün ilk dəfə meydanda məşqə başlayacam. Amma komanda ilə yox, fərdi şəkildə. Ümid edirəm ki, yanvarın 21-22-də məşqlərdə kollektivə qoşulacam və ilk oyundan öncə tam hazır vəziyyətə gələcəm.