"Neftçi"nin sonuncu rəqibi müəyyənləşdi

13-01-2018 / 11:28 FUTBOL
253

"Neftçi”nin təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi sonuncu yoxlama oyunundakı rəqibi müəyyənləşib. Klubdan apasport.az saytına verilən məlumata görə, Bakı təmsilçisi yanvarın 30-da Makedoniyanın "Sileks” klubu ilə qarşılaşacaq.


 

Belə ki, "Neftçi” Antalyadakı təlim-məşq toplanışı çərçivəsində yanvarın 22-də Rusiyanın "SKA-Xabarovsk”, 25-də Rumıniyanın "Konkordiya” və Bolqarıstanın "Slaviya”, 27-də isə Rusiyanın "Krılya Sovetov” klubları ilə üz-üzə gələcək.


 

Sabah isə "Neftçi” "Keşlə” klubu ilə hazırlıq matçına çıxacaq. İsmət Qayıbov adına təlim-məşq bazasında olacaq yoxlama oyunu saat 15:00-da başlanacaq.