“Kəpəz” “Kəpəz”ə qalib gəldi

“Kəpəz” “Kəpəz”ə qalib gəldi
13-01-2018 / 17:23 FUTBOL
297

"Kəpəz" bu gün yoxlama oyunu keçirib. Apasport.az saytının məlumatına görə, Yunis Hüseynovun komandası əvəzediciləri ilə gücünü yoxlayıb.

 

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydançasında keçirilən matç əsas komandanın qələbəsi ilə başa çatıb. Tural Rzayevin dəqiq zərbəsi “Kəpəz”in 1:0 hesablı qələbəsini təmin edib.

 

Yunis Hüseynovun yetirmələri yanvarın 15-də isə I divizion təmsilçisi “Sabah”la qarşılaşacaq.