Harri Keynin növbəti rekordu

Harri Keynin növbəti rekordu
13-01-2018 / 23:14 FUTBOL
222

“Tottenhem”in hücumçusu Harri Keyn daha bir rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, İngiltərə millisinin forvardı “Everton”la qarşılaşmada dubla imza atıb.

 

Bununla da o, “Tottenhem”in heyətində 98 və 99-cu dəfə fərqlənərək Teddi Şeringemin 97 qolluq rekordunu qırıb.

 

Hazrda davam edən mövsümdə 20 oyunda meydana çıxan Keyn 22 qola imza atıb.

 

Qeyd edək ki, Harri ötən – 2017-ci ildə dünyada və Premyer Liqada hamıdan çox qol vuraraq həm Messini, həm də Alan Şireri qabaqlamışdı.