Eddi İsrafilov “sülh”də iştirak etdi

Eddi İsrafilov “sülh”də iştirak etdi
14-01-2018 / 00:03 FUTBOL
133

İspaniya II La Liqada XXII tur davam edir. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvü Eddi İsrafilovun forma geyindiyi “Ximnastik” də növbəti matçına çıxıb.

 

Sözügedən komanda səfərdə “Almeriya” ilə qarşılaşıb. Oyunda qalib müəyyənləşməyib – 1:1.ğ

 

Matça start heyətində başlayan Eddi 73-cü dəqiqədə əvəzlənib.

 

Qeyd edək ki, bir oyun əskik keçirən və 21 matçdan sonra aktivində 25 xal olan “Ximnastik” turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.