Millimiz Gürcüstanın əvəzinə rəqib tapdı

Millimiz Gürcüstanın əvəzinə rəqib tapdı
14-01-2018 / 16:32 FUTBOL
936

Türkiyənin Antalya şəhərində təşkil olunacaq təlim-məşq toplanışı çərçivəsində millimizin növbəti sınaqçı rəqibinin kimliyi bəlli olub. Apasport.az saytının məlumatına görə, Gürcüstanla oyun ləğv olunduğu üçün AFFA daha bir komanda axtarışına çıxıb.

 

Artıq Kosovo Futbol Federasiyası ilə ilkin razılıq əldə edilib. Yığmamız fevralın 2-də Kosovo yığması ilə yoldaşlıq oyunu keçirəcək.

 

Qeyd edək ki, millimiz yanvarın 30-da Moldova ilə qarşılaşacaq.