Araz Abdullayevin komandası çətin səfərdən xalla dönür

Araz Abdullayevin komandası çətin səfərdən xalla dönür
14-01-2018 / 20:59 FUTBOL
451

Kiprin Birinci Divizionunda XX tur davam edir. Apasport.az saytının məlumatına görə, milli komandamızın oyunçusu Araz Abdullayevin çıxış etdiyi “Anortosis” də növbəti matçını keçirib.

 

Səfərdə çempionluq yolundakı əsas rəqiblərindən olan “Apollon”la qarşılaşan Famaqusta təmsilçisi oyundan 1:1 hesablı bərabərliklə ayrılıb.

 

Matça start heyətində başlayan Araz 90 dəqiqə meydanda olub.

 

Qeyd edək ki, 20-ci turdan sonra aktivində 41 xal olan “Anortosis” turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.