“Qəbələ” iki qrupa bölündü

“Qəbələ” iki qrupa bölündü
15-01-2018 / 00:30 FUTBOL
174

“Qəbələ” 2017-2018-ci illər mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyədə davam etdirir. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” Antalyada keçirilən təlim-məşq toplanışının 10-cu gününü başa vurublar.

 

Komanda günü iki məşqlə tamamlayıb. Futbolçular günün ilk yarısında fitnes zalında çalışıblar. Onlar iki qrupa bölünərək fiziki hazırlıq təmrinlərini yerinə yetiriblər.

 

Axşam məşqində “qırmızı-qaralar” toplu çalışmalara üstünlük veriblər. Roman Qriqorçukun yetirmələrinin məşq prosesi ikitərəfli oyunla yekunlaşıb.