Səmədova bu dəfə ehtiyatda qaldı

Səmədova bu dəfə ehtiyatda qaldı
15-01-2018 / 10:00 TOP OYUNLARI
209

Qadın voleybolçular arasında İtaliya A seriyasında XIII turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində Azərbaycan millisinin hücumçusu Yelizaveta Səmədovanın şərəfini qoruduğu “Skandiççi” “Montsa”nı qəbul edib.

 

Qarşılaşma təmsilçimizin komandasının 3:1 hesablı qələbəsi ilə başa çatıb. Ötən tur A seriyasında debüt edən Səmədova bu dəfə meydana çıxmayıb.

 

Qeyd edək ki, “Skandiççi” bu qələbədən sonra 3-cü pillədəki yerini qoruyub. Onların aktivində 30 xalı var.