Yunis Hüseynov 3 futbolçu ilə bağlı qərarını açıqladı

Yunis Hüseynov 3 futbolçu ilə bağlı qərarını açıqladı
15-01-2018 / 10:57 FUTBOL
656

Təlim-məşq toplanışını ölkə daxilində davam etdirən “Kəpəz”də daha bir neçə futbolçunun taleyinə aydınlıq gəlib. Bu barədə apasport.az saytına Gəncə klubunun baş məşqçisi Yunis Hüseynov məlumat verib.

 

Hüseynov komandada baxışda olan 4 oyunçudan 3-nə ehtiyac duymadığını söyləyib. Belə ki, Saşa Yunisoğlu, Elşən Rzazadə və Qvanzav Maqomedovun hazırlıq səviyyəsi onu qane etməyib. Bu səbəbdən adıçəkilən futbolçular düşərgəni artıq tərk ediblər.

 

Hüseynov Dieqo Souza ilə bağlı qərar verməyə isə tələsmir. O, braziliyalını daha bir müddət sınamaq fikrindədi.

 

Mövsümün əvvəlində “Kəpəz”dən ayrılan Dario Federiko isə yenidən Gəncə klubuna qayıdır. Baş məşqçinin sözlərinə görə, braziliyalı yarımmüdafiəçi Antalya toplanışı zamanı klubla 6 aylıq müqaviləyə qol çəkəcək.