Millinin yeni baş məşqçisi Giqqz oldu

Millinin yeni baş məşqçisi Giqqz oldu
15-01-2018 / 11:10 FUTBOL
474

Uels yığmasının yeni baş məşqçisi müəyyənləşib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, əfsanəvi futbolçu Rayan Giqqz doğma komandasının “sükanı arxası”na gətirilib.

 

Kreyq Bellami, Oşian Roberts və Mark Bouendən imtina edərək, Giqqzə üstünlük verən yerli futbol federasiyası 44 yaşlı mütəxəssislə 4 illik müqavilə imzalayıb.

 

Qeyd edək ki, Uels millisi DÇ-2018-in seçmə mərhələsi çərçivəsində yer aldığı D qrupunu 3-cü pillədə tamamladığından, Kris Koulmen ötən ilin noyabrında istefa vermişdi.