“Kəpəz” Cənubi Koreya klubu ilə qarşılaşacaq

“Kəpəz” Cənubi Koreya klubu ilə qarşılaşacaq
15-01-2018 / 11:47 FUTBOL
253

Türkiyə toplanışı müddətində “Kəpəz”in yoxlama oyunundakı son rəqibi məlum olub. Apasport.az klubun saytına istinadən xəbər verir ki, Gəncə təmsilçisi Antalyada Cənubi Koreyanın “Daejeon Citizen” komandası ilə qarşılaşacaq.

 

Bu oyun yanvarın 25-də baş tutacaq.

 

“Sarı-göylər” qardaş ölkədə dörd yoxlama görüşü keçirəcək ki, rəqiblərdən üçü bir müddət öncədən müəyyənləşmişdi. “Kəpəz” asiyalılarla yanaşı, yanvarın 22-də “Viitorul” (Konstanta, Rumıniya), 28-i tarixində “Yagelloniya” (Belostok, Polşa) və ayın 31-də “Spartak” (Subotiça, Serbiya) klubları ilə qarşılaşacaq.