Serbiya klubundan yığmamıza gəlir

Serbiya klubundan yığmamıza gəlir
15-01-2018 / 13:21 FUTBOL
495

Avropa çempionatının final mərhələsinə hazırlığını Bakıda davam etdirən futzal üzrə Azərbaycan milli komandasının düşərgəsinə daha bir futzalçı qoşulub. Apasport.az saytının Azərbaycan Futzal Federasiyasının rəsmi feysbuk səhifəsinə istinadən məlumatına görə, karyerasını Serbiyanın “Economaç” klubunda davam etdirən Vitali Borisov dünən Bakıya gəlib.

 

Təcrübəli fitzalçı bu gün keçiriləcək məşq prosesində iştirak edəcək. Hazırda Braziliyada olan Fineo de Araujo, həmçinin Dubayın “Al Dhafra” klubunda çıxış edən Vassoura isə yanvarın 18-də komandaya qoşulacaq.


Qeyd edək ki, millinin Bakıdakı təlim-məşq toplanışı yanvarın 27-dək davam edəcək. Komanda yanvarın 28-də final mərhələsinin keçiriləcəyi Sloveniyanın Lyublyana şəhərinə yola düşəcək və “Austria Trend Hotel”də məskunlaşacaq. Milli ilk oyununu fevralın 2-də Fransaya, növbəti matçını 2 gün sonra İspaniyaya qarşı keçirəcək.