“Səbail” I divizion təmsilçisinə qalib gəldi

“Səbail” I divizion təmsilçisinə qalib gəldi
15-01-2018 / 13:54 FUTBOL
261

Bu gün “Səbail” ikinci yoxlama matçını keçirib. Apasport.az saytının məlumatına görə, Samir Əliyevin komandası I divizion təmsilçisi “Xəzər”lə üz-üzə gəlib.

 

Qarşılaşma 3:1 hesabı ilə “Səbail”in xeyrinə başa çatıb. Komandanın qollarına Kərim Diniyev, Elman Taqayev və Vüqar Nadirov imza atıblar.

 
Qeyd edək ki, “Səbail” ilk yoxlama oyununda “Sabah”la qolsuz heç-heçə oynamışdı. Komandanın növbəti sınağı yanvarın 18-də “Sumqayıt”a qarşı olacaq.