“İnter” icarəyə oyunçu götürdü

“İnter” icarəyə oyunçu götürdü
16-01-2018 / 00:25 FUTBOL
221

“İnter” heyətini gücləndirib. Apasport.az saytınınməlumatına görə, milanlılar “Benfika”nın müdafiəçisi Lisandro Lopesi komandaya cəlb edib.

 

Bu barədə klub rəsmi açıqlama verib. Bildirilib ki, müdafiəçi mövsümün sonunadək icarəyə götürülüb. Bu gün tibbi müayinədən uğurla keçən argentinalı futbolçu ilə müqavilə imzalanıb.

 

“İnter” mövsümün sonunda Lopesin transfer hüququnu da alacaq.

 

Qeyd edək ki, Lisandro Argentina yığmasında da bir neçə oyun keçirib..