Yığmamızın rəqibi hazırlığa 14 oyunçu ilə başlayacaq

Yığmamızın rəqibi hazırlığa 14 oyunçu ilə başlayacaq
16-01-2018 / 12:11 FUTBOL
89

Futzal üzrə AVRO-2018-in final mərhələsində Azərbaycan millisinin rəqibi olan Fransa yığmasının heyəti dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Sloveniyadakı turnirdə yığmamızla eyni – D qrupunda yer alacaq fransalıların baş məşqçisi Pyer Jaki siyahıya 14 futzalçı daxil edib.

 

Qapıçılar Joevin Duro, Camel Harun, Ba El Kerrumi, sahə oyunçuları Azdin Ayqoun, Boukkay Ba, Samir Alla, Sid Belhac, Mişel De Sa Andrade, Adrien Qasmi, Samba Kebe, Abdessamad Mohammed, Suheyl Muhiddin, Landri Nqala, Kevn Ramires yanvarın 20-də başlayacaq təlim-məşq toplanışına start verəcək.

 

Tarixində ilk dəfə qitə çempionatının final mərhələsinə yüksələn Fransa millisi yanvarın 31-də İspaniya, fevralın 2-də Azərbaycan yığması ilə görüşəcək.