Yığmamızın rəqibi 2 oyun keçirəcək

Yığmamızın rəqibi 2 oyun keçirəcək
16-01-2018 / 13:43 TOP OYUNLARI
192

Futzal üzrə Avropa çempionatının final mərhələsində Azərbaycan yığmasının rəqibi olan Fransa millisinin hazırlıq planı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yanvarın 20-də hazırlıq prosesinə start verəcək rəqibimiz final mərhələsinədək 2 yoxlama matçı keçirəcək.

 

Fransa yığması yanvarın 24-də Serbiya ilə üz-üzə gələcək. 2 gün sonra isə rəqibimiz İtaliya ilə üz-üzə gələcək.

 

Hər iki qarşılaşma Xorvatiyanın Noviqrad şəhərində baş tutacaq.

 

Qeyd edək ki, Sloveniyada baş tutacaq AVRO-2018-in final mərhələsində Azərbaycan, Fransa və İspaniya eyni qrupda yer alacaq.