“Qəbələ”nin “Sürix”lə oyununun vaxtı və məkanı dəqiqləşdi

“Qəbələ”nin “Sürix”lə oyununun vaxtı və məkanı dəqiqləşdi
16-01-2018 / 16:56 FUTBOL
161

"Qəbələ"nin Antalya toplanışı çərçivəsində "Sürix"lə keçirəcəyi yoxlama matçının başlama saatı və məkanı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, sabah İsveçrə təmsilçisi ilə üz-üzə gələcək Roman Qriqorçukun yetirmələri Bakı vaxtı ilə saat 16:30-da meydana çıxacaqlar.

 

Görüş "Kaya Belek" otelinin meydançasında təşkil olunacaq.

 

Qeyd edək ki, “Sürix”lə oyun “Qəbələ”nin ilk hazırlıq mərhələsində sonuncu matçıdı.