Türkiyə Kubokunda bütün 1/4 finalçılar bəlli oldu - YENİLƏNİB

Türkiyə Kubokunda bütün 1/4 finalçılar bəlli oldu - YENİLƏNİB
18-01-2018 / 23:37 FUTBOL
945

Futbol üzrə Türkiyə Kubokunda 1/8 final mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə üç görüş baş tutub.

 

“Bursaspor” doğma meydanda “Gənclərbirliyi” ilə qarşılaşıb. Bursalılar bu görüşdə 2:1 hesabıyla qalib gəlsələr də, ilk oyunda minimal hesabla üstün olan “Gənclərbirliyi” növbəti mərhələyə adlayan tərəf olub.

 

“Trabzonspor” da evdə “Konyaspor”la münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə qolluq bərabərlik qeydə alınıb. İlk oyunda konyalılar qalib gəldiyindən, 1/4-ə də vəsiqəni qonaqlar bayram ediblər.

 

“Fənərbaxça” isə səfərdə “İstanbulspor”la üz-üzə gəlib və ilk oyunda olduğu kimi, cavab görüşündə də qalib gələrək, sürprizə imkan verməyib.

İkinci oyun gündə daha üç görüş keçirilib. “Beşiktaş” səfərdə “Osmanlıspor”a uduzsa da, ilk oyundakı qələbə son Türkiyə çempionunu növbəti mərhələyə daşıyıb.

Super Liqanın lideri “Başakşəhər” evdə “Girəsunspor”a qalib gəlib. Lakin iki oyunun cəmində Girəsun təmsilçisi daha üstün olub və “Başakşəhər” mübarizəni dayandırıb.

Günün digər xoşbəxti isə “Akhisar” olub. Bu komanda ilk oyunda vurduğu səfər qolu sayəsində mərhələ adlayıb.

 

Mərhələyə "Antalyaspor" - "Kayserispor" və "Bucaspor" - "Qalatasaray" matçları ilə yekun vurulub. İlk görüşlərində evdə qələbə qazanmış hər iki komanda səfərdə də sevinərək mərhləni keçən tərəf olublar.

 

Türkiyə Kuboku
1/8 finalın cavab oyunları

 

16 yanvar

Bursaspor – Gənclərbirliyi 2:1

Qollar: Aqu, 33, Erdoğan, 49 – Skuletiç, 19

İlk oyun: 0:1

 

Trabzonspor – Konyaspor - 1:1

Qollar: Rodalleqa, 80 – Şahiner, 24

İlk oyun: 0:1

 

İstanbulspor – Fənərbaxça - 0:1

Qol: Juliano, 89

İlk oyun: 0:2

 

17 yanvar

Akhisar – Boluspor 1:0

Qol: Seleznyov, 39

İlk oyun: 1:2

Başakşəhər – Girəsunspor 2:1

Qollar: Adebayor, 13, Attama, 77 – Demir, 25

İlk oyun: 1:3

Osmanlıspor – Beşiktaş 2:1

Qollar: Çikalleşi, 86, 88 – Mustafa, 83

İlk oyun: 1:4

 

18 yanvar

“Antalyaspor” – “Kayserispor” - 0:2

Qollar: Villiam, 30, Boldrim, 80

İlk oyun: 1:3
 

“Bucaspor” – “Qalatasaray” - 0:3

Qollar: Qomis, 33, Yasin, 44, Fequli, 53

İlk oyun: 0:3