Yığmamızın rəqibi heyətini açıqladı

Yığmamızın rəqibi heyətini açıqladı
18-01-2018 / 16:52 FUTBOL
182

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının rəqibi olan Albaniya millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, Rəşad Sadıqovun baş məşqçisi olduğu yığmamızla üz-üzə gələcək bu ölkənin U-20 komandasına 22 futbolçu çağırılıb.

 

Rəqibin baş məşqçisi Alban Buşi Antalya toplanışı və millimizlə iki matça həm yerli, həm xarici klublarda çıxış edən oyunçuları dəvət edib. Yanvarın 21-də və 5 gün sonra baş tutacaq qarşılaşmalarda bu futbolçular iştirak şansı qazanıb:

 

Qapıçılar: Klevis Hasanbelli, Yorqo Muka;

Müdafiəçilər: Leonardo Maloku, Şakir Tafa, İmer Şaba, David Domqyonas, Arbnor Mukolli, Kristian Buşay;

Yarımmüdafiəçilər: Brayan Tola, Conatan Laytia, Qleydis Ndraxi, Klevis Perkeqi, Fabio Sakay, Kevin Çela, Arber Başa, Rey Nuriu, Dionis Çikani, Belaydi Pusi, Eryon Draqoy, Anxelo Mumayesi;

Hücumçular: Nazmi Qripşi, Erisildo Smaci.