“Borussiya” Obameyanqı satmağa razılaşdı

“Borussiya” Obameyanqı satmağa razılaşdı
18-01-2018 / 22:23 FUTBOL
251

“Borussiya”nın hücumçusu Pyer Emerik Obameyanq klubdan ayrılmaq üzrədir. Apasport.az saytının “SKY İtalia”ya istinadən məlumatına görə, qabonlu forvard “Arsenal”la anlaşmaq üzrədir.

 

Bildirilib ki, artıq tərəflər arasında müqavilənin detalları da razılaşdırılıb. Obameyanqla “Arsenal” arasında 2021-ci ilin yayına kimi anlaşma imzalanacaq. Tərəflər istəsələr, müqaviləni daha bir il uzatmaq olacaq.

 

Oyunçunun məvacibi isə illik 10 milyon avro olacaq.

 

“Borussiya” isə bu keçiddən 60 milyon avro qazanacaq.