Eddi qalibiyətdə iştirak etdi

Eddi qalibiyətdə iştirak etdi
19-01-2018 / 00:08 FUTBOL
242

İspaniya II La Liqada XVII turdan təxirə salınmış bir oyun keçirilib. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvü Eddi İsrafilovun forma geyindiyi “Ximnastik” “Osasuna” ilə qarşılaşıb.

 

Oyun milli üzvünün komandasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Matça start heyətində başlayan Eddi 42-ci dəqiqədə əvəzlənib.

 

Qeyd edək ki, 22 matçdan sonra aktivində 28 xal olan “Ximnastik” turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.