Səmədova yenə ehtiyatda qaldı

Səmədova yenə ehtiyatda qaldı
19-01-2018 / 09:16 TOP OYUNLARI
230

Qadın voleybolçular arasında İtaliya A seriyasında XV turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində Azərbaycan millisinin hücumçusu Yelizaveta Səmədovanın şərəfini qoruduğu “Skandiççi” “Firentse”ni qəbul edib.

 

Qarşılaşma təmsilçimizin komandasının 3:0 hesablı qələbəsi ilə başa çatıb. A seriyasında hələlik 1 matçda meydana çıxan Səmədova bu dəfə də ehtiyatda qalıb.

 

Qeyd edək ki, “Skandiççi” bu qələbədən sonra 3-cü pillədəki yerini qoruyub. Onların aktivində 33 xalı var.