Həmyerlimiz Çempionlar Liqasının oyununa təyinat aldı

Həmyerlimiz Çempionlar Liqasının oyununa təyinat aldı
19-01-2018 / 10:31 TOP OYUNLARI
245

Avropa Voleybol Konfederasiyası (CEV) azərbaycanlı hakimlərə növbəti təyinat göndərib. Apasport.az saytının məlumatına görə, iki referimiz Çempionlar Liqasının III turu çərçivəsində baş tutacaq matçlarda iş başında olacaq.

 

C qrupunun hər 2 görüşü həmyerlilərimizə tapşırılıb. Yanvarın 24-də Polşada qadın voleybolçular arasında keçiriləcək “Ximik” – “Maritsa” (Bolqarıstan) oyununda Eldar Əliyev baş hakim funksiyasını yerinə yetirəcək. Ona almaniyalı Sabine Vitte köməklik edəcək.

 

Eldar Zülfüqarova da əsas hakim olacaq. Təmsilçimiz yığmamızın hücumçusu Natayla Məmmədovanın şərəfini qoruduğu “Dinamo” (Kazan, Rusiya) – “Vizura” (Serbiya) qarşılaşmasını idarə edəcək. Yanvarın 25-də baş tutacaq görüşdə ikinci hakim isə Sanya Mikloşic olacaq.