“Səbail”də 5-ci rəsmi müqavilə

“Səbail”də 5-ci rəsmi müqavilə
19-01-2018 / 11:24 FUTBOL
330

“Səbail” dövrələrarası fasilədə 5-ci keçidini rəsmiləşdirib. Bu barədə apasport.az saytına komandanın baş məşqçisi Samir Əliyev məlumat verib.

 

O bildirib ki, uzun müddətdi kollektivlə birlikdə məşq edən Ruslan Əmircanovla müqavilə imzalanıb. Son klubu AZAL olan Əmircanov yeni komandası ilə cari mövsümün sonuna qədər sözləşmə imzalayıb.

 

Bir neçə gündü sınaqdan keçən gürcüstanlı Nikolas Apakidze ilə bağlı qərarını bu gün verəcəyini bildirən Əliyev bundan sonra baxışa oyunçu gətirməyəcəklərini vurğulayıb: “Antalya toplanışı zamanı heç kimi baxışdan keçirməyəcəyik. Danışıq apardığımız oyunçularla birbaşa müqavilə imzalamaq fikrindəyik. Neçə oyunçu gətirəcəyimizi dəqiq deyə bilmərəm. Bu, büdcədən asılı olacaq. Ancaq onu söyləyə bilərəm ki, bundan sonrakı transferlərin hamısı əcnəbilər olacaq”.

 

Qeyd edək ki, “Səbail” Ruslan Əmircanova qədər qış fasiləsində Rahil Məmmədov, Aqşin Qurbanlı, Fəhmin Muradbəyli və Kərim Diniyevi transfer etmişdi.