“Hər 3 yığmanın şansı 33 faizdi”

“Hər 3 yığmanın şansı 33 faizdi”
19-01-2018 / 11:46 FUTBOL
252

“3 gündü ki, hazırlığa başlamışıq. Avropa çempionatına qatılacağıq”. Apasport.az saytı xəbər verir ki, bu sözləri futzal yığmamızın üzvü Vitali Borisov deyib.

 

Yanvarın 30-dan fevralın 10-dək Sloveniyanın Lyublyana şəhərində keçiriləcək Avropa çempionatının final mərhələsində iştirak edəcək yığmamız təlim-məşq toplanışını Bakıda davam etdirir. 

 

Jurnalistlərə brifinq keçirən Borisov qitə birinciliyinə hazırlıq haqda danışıb: “Bizi maraqlı oyunlar gözləyir. İspaniya dünyanın ən güclü komandalarından biridi. Fransa Avropa çempionatına gedən yolda Xorvatiya kimi rəqibi mübarizədən kənarlaşdırıb. Avropa çempionatında zəif komanda olmur. Qrupdakı hər 3 yığmanın şansı 33 faizdi. Kimin güclü olduğu orda bilinəcək. Hər komanda digərindən xal ala bilər. Üzvü olduğum Serbiyanın “Ekonomats” klubundan məni milliyə bir qədər tez buraxmağı xahiş etdim".