Basketbol Federasiyasının baş katibi dünyasını dəyişdi

Basketbol Federasiyasının baş katibi dünyasını dəyişdi
19-01-2018 / 12:29 TOP OYUNLARI
260

Azərbaycan idmanına ciddi itki üz verib. Apasport.az saytının məlumatına görə, ölkə basketbolunun inkişafında xüsusi rolu olan Qəhrəman Məmmədyarov 79 yaşında dünyasını dəyişib.

 

Veteran basketbolçu bir gün öncə uzun sürən xəstəlikdən vəfat edib.

 

Məmmədyarov 2003-cü ildən Azərbaycan Basketbol Federasiyasında baş katib vəzifəsini icra edirdi.

 

Allah rəhmət eləsin!