Öncə sükut, sonra məşq - FOTOSESSİYA

Öncə sükut, sonra məşq - FOTOSESSİYA
19-01-2018 / 14:41 FUTBOL
181

Futzal üzrə Azərbaycan millisi Sloveniyada keçiriləcək Avropa çempionatına hazırlığını davam etdirir. Apasport.az saytı xəbər verir ki, komanda bu gün səhər növbəti məşqini keçib.

 

Məşqdən əvvəl isə 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar 1 dəqiqəlik sükut elan olunub.

 

Qeyd edək ki, Avropa çempionatı yanvarın 30-dan fevralın 10-dək Lyublyana şəhərində təşkil olunacaq.