“Kəpəz”in bəyənmədiyi futbolçu “Keşlə”də

“Kəpəz”in bəyənmədiyi futbolçu “Keşlə”də
19-01-2018 / 15:33 FUTBOL
727

Təlim-məşq toplanışını Bakıda davam etdirən “Keşlə” “Zirə” ilə yoxlama görüşündə qüvvəsini sınayır. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisinin düşərgəsinə yeni oyunçu qoşulub.

 

Belə ki, son klubu “Şüvəlan” olan Əziz Quliyev hazırda “Keşlə”də baxışdadı. Bir neçə gün əvvəl “Kəpəz”in baş məşqçisi Yunis Hüseynovun gözünə girə bilməyən 31 yaşlı futbolçu indi özünü Yuri Maksimova göstərməyə çalışır.

 

Bundan başqa, “Keşlə”də baxışda olan İdris Musluyevin taleyinə aydınlıq gəlib. Maksimov “Axmat”dan gələn oyunçunun çıxışından razı qalmayıb və Musluyev düşərgəni tərk edib. Bir müddətdi sınaqdan keçirilən Nemanya Stoyanoviç isə bəyənilib. Vyana “Qarabağ”ının oyunçusu çox güman ki, yaxın günlərdə bakılılarla müqavilə bağlayacaq.