Almaniya millisinin daha bir üzvü rəsmən “Bavariya”da! - FOTO

Almaniya millisinin daha bir üzvü rəsmən “Bavariya”da! - FOTO
19-01-2018 / 16:03 FUTBOL
524

“Bavariya” dövrələrarası fasilədə daha bir transfer həyata keçirib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, hücumçu Sandro Vaqnerdən sonra “Şalke”nin yarımmüdafiəçisi Leon Qoretska da Münhen təmsilçisi ilə anlaşıb.

 

“Barselona”nın da maraq dairəsində olan Almaniya millisinin üzvü yeni komandası ilə artıq münasibətləri rəsmiləşdirib. “Şalke” ilə müqavilə müddəti mövsümün sonuna qədər olan 22 yaşlı Qoretska iyulun 1-dən “Bavariya”ya məxsus olacaq. Onun sözləşməsinin müddəti 2022-ci ilin yayına qədər nəzərdə tutulub.

 

Qeyd edək ki, Leon Qoretska 2013-cü ildən “Şalke”nin formasını geyinir.