“Keşlə” “Zirə”ni də məğlub etdi

“Keşlə” “Zirə”ni də məğlub etdi
19-01-2018 / 17:01 FUTBOL
332

Bakıda təlim-məşq toplanışında olan Premyer Liqa təmsilçiləri “Keşlə” və “Zirə” bu gün üz-üzə gəliblər. Apasport.az saytının məlumatına görə, qarşılaşma “Neftçi”nin İsmət Qayıbov adına təlim-məşq bazasında baş tutub.

 

Bu, “Keşlə”nin ölkə daxilindəki toplanış çərçivəsində 3-cü, “Zirə”nin isə 2-ci yoxlama görüşü olub. Buna qədər “Qaradağ Lökbatan” (3:1) və “Neftçi” (2:1) üzərində qələbə qazanan “Keşlə” ənənəsini davam etdirib. Belə ki, ikinci hissədə rəqib qapısından 2 top keçirən Yuri Maksimovun yetirmələri yenə meydanı qalib tərk ediblər.

 

Bir neçə gün əvvəl öz əvəzedicilərini 4:0 hesabı ilə məğlub edən “Zirə”nin isə bu dəfə gücü 1 topa çatıb və komanda ilk yenilgi ilə barışıb.

 

19 yanvar

Yoxlama görüşü

 

“Keşlə” - “Zirə” – 2:1

Qollar: Sinan Akkoyun, 68; Əlibəy Məmmədli, 83 – Riçard Qadze, 88