Pərviz Abdullayev Mersindən qələbə ilə dönür

Pərviz Abdullayev Mersindən qələbə ilə dönür
19-01-2018 / 18:15 FUTBOL
216

“Qəbələ” İdman Klubunun döyüşçüsü Pərviz Abdullayev növbəti qələbəsini qazanıb. Apasport.az klubun saytına istinadən xəbər verir ki, o, bu dəfə Türkiyədə uğur əldə edib.

 

Abdullayev Mersin şəhərində təşkil olunan muay-tay yarışında qüvvəsini sınayıb. 75 kq çəki dərəcəsində çıxış edən Pərviz Türkiyə təmsilçisi İsmayıl Uzuner ilə qarşılaşıb.

 

Abdullayev bu döyüşdə qalib gələrək, rinqi qələbə ilə tərk edib.