“Qarabağ”ın “Lexiya” ilə oyununun vaxtı bilindi

“Qarabağ”ın “Lexiya” ilə oyununun vaxtı bilindi
19-01-2018 / 18:22 FUTBOL
216

"Qarabağ" Antalya toplanışı çərçivəsində ikinci yoxlama oyununu sabah "Lexiya"ya qarşı keçirəcək. Apasport.az klubun feysbuk səhifəsinə istinadən xəbər verir ki, Polşa təmsilçisi ilə matçın başlanma saatı açıqlanıb.

 

Oyun Bakı vaxtı ilə saat 18:30-da start götürəcək.

 

Qeyd edək ki, “Qarabağ” Türkiyədəki ilk yoxlama görüşündə "Kuban"la heç-heçəyə (2:2) imza atmışdı.