“Şah” zirvədə təkdi!

“Şah” zirvədə təkdi
20-01-2018 / 00:01 STOLÜSTÜ OYUNLAR
1006

Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən şahmat üzrə ənənəvi “Tata Steel Chess” turniri davam edir. Apasport.az saytının məlumatına görə, artıq yarışın 6-cı turuna yekun vurulub.

 

Super yarışda Azərbaycanı təmsil edən yeganə qrossmeyster Şəhriyar Məmmədyarov hesabat turunu qələbə ilə başa çatdırıb.

 

O, qara fiqurlarla oynadığı partiyada Baskaran Adhibanla ilə üz-üzə gəlib. Olduqca gərgin mübarizə şəraitində gedən matçın 86-cı gedişində Hindistan təmsilçisi ağ bayraq qaldırıb.

 

Bu nəticədən sonra xalını 4,5-ə çatdıran “Şah” yarışın şəriksiz lideridi. O, keçmiş dünya çempionu Vişvanatan Anand (Hindistan) və Aniş Qirinin (Hollandiya) bərabərliyə razılaşması ilə hər iki idmançını yarım xal qabaqlayıb.

 

Qeyd edək ki, 7-ci turda Şəhriyar Məmmədyarov ağ fiqurlarla çinli Yi Veylə qarşılaşacaq.