“Hansı səviyyədə olduğumuzu görəcəyik” – moldovalı debütant

“Hansı səviyyədə olduğumuzu görəcəyik” – moldovalı debütant
20-01-2018 / 10:12 FUTBOL
212

“Bir çox futbolçu bu dəfə yığmaya çağırılmadı. Bu səbəbdən bəzi gənc oyunçular özlərini göstərmək imkanı əldə ediblər”. Apasport.az saytının məlumatına görə, bunu Moldova yığmasının müdafiəçisi Valeri Makritski deyib.

 

İlk dəfə milliyə dəvət edilən “Petrokub”un oyunçusu yerli mətbuata açıqlamasında yeni baş məşqçi Aleksandr Spiridonun onlardan hücum futbolu tələb etdiyini söyləyib: “Bu, bizim üçün əla şansdı. Bundan yararlanmalı və yeni baş məşqçiyə bütün keyfiyyətlərimizi göstərməliyik. Çünki bundan sonra yığmaya dəvət almaq çox önəmlidi. Spiridonun Avropada çalışdığı dərhal hiss olunur. Çünki o, Avropa metodlarından istifadə edir və hücumameyilli futbol oynamağımızı istəyir”.

 

23 yaşlı futbolçu yanvarın 27-də Cənubi Koreya, 30-da isə Azərbaycanla Türkiyədə keçiriləcək yoldaşlıq görüşləri barədə də fikirlərini bölüşüb: “Rəqiblərimiz barədə hələlik ətraflı təhlil aparmamışıq. Ancaq bilirəm ki, həm Cənubi Koreya, həm də Azərbaycan millisi güclü komandadı. Bu iki görüşdə hansı səviyyədə olduğumuzu görəcəyik və nəyi dəyişməli olduğumuzu biləcəyik”.