Millimizin rəqibi heyətini açıqladı

Millimizin rəqibi heyətini açıqladı
20-01-2018 / 11:31 FUTBOL
254

Gələn həftə Azərbaycan yığması ilə yoldaşlıq görüşü keçirəcək futzal üzrə İran yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, rəqib Bakıya 14 oyunçu gətirəcək.

 

Yanvarın 23-də və 24-də baş tutacaq qarşılaşmalarda Asiya çempionatına hazırlaşan İran millisi bu oyunçularla mübarizə aparacaq: Alireza Samimi, Qhodrat Bahadori, Aliasger Hasanzade, Ahmad Esmailpour, Mahdi Cavid, Mohammad Şayari, Saed Ahmadabbasi, Sepehr Mohammadi, Huseyn Tayebi, Hamid Ahmadi, Farhad Tavakkoli, Mehran Aliqadr, Moslem Oladjhobad, Abulhasem Orauji.

 

Qeyd edək ki, rəqib Bakıya yanvarın 22-də gələcək və 25-də qayıdacaq. Yanvarın 23-də və 24-də Bakı İdman Sarayında keçiriləcək hər iki görüş saat 21.00-də başlayacaq.