“Barselona”da növbəti ayrılıq

“Barselona”da növbəti ayrılıq
20-01-2018 / 12:23 FUTBOL
427

“Barselona” Arda Turandan sonra daha bir futbolçusunu göndərib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, yarımmüdafiəçi Rafinya Alkantara karyerasını İtaliyada davam etdirəcək.

 

Belə ki, klublar uzun müddətdi aparılan danışıqların yekununda ortaq məxrəcə gələ biliblər. Razılığa əsasən, Rafinya cari mövsümün ikinci dövrəsini icarə əsasında “İnter”də keçirəcək. “Neradzurra” yayda 25 yaşlı orta sahə oyunçusunu 35 milyon avro müqabilində transfer edə biləcək.

 

Qeyd edək ki, “Barselona”nın yetirməsi olan Rafinya Alkantara 2011-ci ildən əsas komandanın formasını geyinir.